Ermənistanda hərbi hissədə yanğın olub- 15 hərbçi ölüb, 3-nün vəziyyəti ağırdır

Ermənistanda hərbi hissədə baş verən yanğın nəticəsində 15 əsgər həlak olub, daha 3 əsgərin vəziyyəti ağırdır.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-snayper rotasının kazarmasında baş vermiş yanğın nəticəsində 15 hərbçi həlak olub, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda bildirilir.

Yanğının səbəbi məlum deyil.

Hərbi hissə Ermənistanın Qeqarkunik rayonunun Azat kəndi yaxınlığında yerləşir.

Azpost.info

 

Əvvəlki məqalə

ABŞ sabiq dövlət katibi Kim Çen Inla ilk görüşündən yazıb –

Sonrakı məqalə

“Nazirliklərdə işçilər işə kompüterdə oyun oynamağa gəlirlər” –