Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Nazirliklərdə işçilər işə kompüterdə oyun oynamağa gəlirlər” –

User 19 Yanvar 2023 - 11:14 (Last updated: 21 May 2025 - 20:15)
qudret hesenquliyev

“Dövlət qulluqçularının əməkhaqqlarının aşağı olması ilə bağlı insanlarda fikir var”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ştat həddindən artıq şişirdilib: “Təkcə dövlət qulluğunda deyil, dövlət müəssisələrində ştat şişirdilir və həmin qurumlar rentabelli işləmirlər. Bir çox nazirliklərdə işçilər səhər işə kompüter oyunları ilə oynamağa gəlirlər. Yeni dövlət strukturları yaradılanda Prezidentin sərəncamında ştat vahidi göstərilir. Amma minimal hədlər qoyulmalıdır və qurum fəaliyyətə başlayandan sonra ştatın azaldılıb, artırılmasına baxılmalıdır. Dövlət Neft Fondunda 11-12 müşavir, elə o qədər müavin niyə olmalıdır? Buna bir məhdudiyyət qoyulmalıdır. Bura ayrılan vəsaitin polisin, prokurorun və ya digərlərinin maaşının artırılmasına yönəltmək olar. Bu məsələni Dövlət Qulluğunun İdarəetmə Şurası ilə məsləhətləşmək lazımdır. O gün Şavkat Mirziyoyevin sərəncamı ilə Özbəkistanın 35% dövlət strukturlarında çalışanların ixtisarı nəzərdə tutulurdu. Bizdə də buna ehtiyac var. Say azaldılmalı, keyfiyyət və əməkhaqları artırılmalıdır. 3 nəfərdən ibarət yeni sektor yaratmağın nə mənası var ki?! Bir nümunə çəkmək istəyirəm. Naxçıvanda KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb və Naxçıvanda cəmi bir “Şərq qapısı” qəzeti fəaliyyət göstərir. İndi məlum olub ki, bu Fondun işçilərinin sayı “Şərq qapısı” qəzetinin işçilərinin sayından çoxdur. Yəni aparatın şişməsi deyəndə bunu nəzərdə tuturam”.

Komitə sədri Əli Hüseynli də optimallaşmanın tərəfdarı olduğunu qeyd edib.

Post navigation

Previous: Ermənistanda hərbi hissədə yanğın olub
Next: “KİV-də vəzifəli şəxsin maaşı nə qədərdir ki, 3500 manat cərimə ödəyə bilsin?!”

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.