Ermənistanda hərbi poliqonda partlayış baş verib-FOTO

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin təlim mərkəzində partlayış baş verib.

Yayılan məlumatlarda təlim meydançasında şəxsi heyətlə məşğələ zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində güclü partlayışın baş verdiyi bildirilir. Nəticədə hərbi hissəyə məxsus müxtəlif təyinatlı ləvazimatlar məhv olub və iki obyektə xeyli ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat gizlədilsə də, alovun yayılmasının qarşısının alınması məqsədilə hadisə yerinə bir neçə yanğınsöndürmə briqadasının cəlb olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar Ermənistan ordusunun iki hərbi qulluqçusu həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Həm Qurban bayramını, həm də Qələbəmizi qeyd edirik” –

Sonrakı məqalə

Gəncədə üç şadlıq evinin rəhbəri həbs edilib