Ermənistanda deputat olmuş kriminal avtoritet öldürülüb-YENİLƏNİB

Ermənistanda kriminal qruplaşmanın üzvü olan keçmiş deputat öldürülüb.

Kriminal avtoritet olan keçmiş deputatın evindəki növbəti yığıncaq silahlı insidentlə bitib.

Hadisə zamanı “Kanakertsi Tuy” cinayətkar qruplaşmasının üzvü olan eks-deputat Artuş Simonyan öldürülüb. Ümumilikdə isə qanlı mübahisənin 4 qurbanı olub, daha 4 nəfər isə yaralanıb. Onların arasında A. Simonyanın oğlu da var.

Hadisə yerində 4 giliz, 4 tapança və güllə ilə dolu iki avtomat tapılıb.

Faktı Ermənistan Prokurorluğu araşdırır.

**
Ermənistanda “Kanakersi Tuy” ləqəbli kriminal avtroitet Artur Kazaryan öldürülüb.
Azpost.info bildirir ki, polisin məlumatına görə, ötən gecə İrəvanın yaşayış kvartalında açılan atəş səsləri barədə siqnal daxil olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının rəhbərləri gəlib.
Mənzildə iki kişinin meyiti aşkar edilib. Daha iki yaralı isə xəstəxanaya aparılsa da onlar yolda ölüblər.
Ölənlərdən birinin kriminal avtoritet olduğu məlum olub. Atışmaın olduğu mənzil isə Ermənistan parlamentinin sabiq deputatının evidir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov Fransanın xarici işlər naziri ilə görüşüb

Sonrakı məqalə

Pirallahıda ər arvadını qətlə yetirib