Ermənistan öz hərbçilərini KTMT-nin sülhmıramlı kontingenti tərkibində Qazaxıstana göndərib.
Azpost.info bildirir ki, bu barədə “Sputinik Armenia” məlumat yayıb.
Bu hərbçilərin sayı 70 nəfərdir. Erməni hərbçiləri Qazaxstanda strateji əhəmiyyəti obyektləri mühafizə edəcəklər.
Qeyd edək ki, 5 gündür Qazaxıstanda davam edən etiraz aksiyaları məcrasından çıxaraq kütləvi talanlarla müşaiyət olunub. Prezident Qasım Jomart Tokayev kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.
Bu gün səhərdən KTMT-nin sülhməramlı qüvvələri Qazaxıstana yeridilib.