Prezident və birinci xanım yenilənmiş “Fatimeyi Zəhra” məscidində olub –FOTO

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva yanvarın 6-da Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinə baş çəkərək “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, məsciddə eyni zamanda 1800 nəfərin ibadət etməsi mümkün olacaq, kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb.

Məscidi diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir, kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Ermənistan 70 hərbçisini Qazaxıstana göndərib –