“Rusiya Ermənistanın bəyanatlarına diqqətlə yanaşır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Avropa İttifaqı və ABŞ ilə tərəfdaşlığı barədə bəyanatını şərh edib.
Karasinin sözlərinə görə, Ermənistan geosiyasi oyunun obyektinə çevrilir: “Mən inanıram ki, Ermənistan Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərb tərəfindən sözün geniş mənasında geosiyasi oyun obyektinə çevrilir”.
Senatorun fikrincə, bu, İrəvanla Moskva arasında əlaqələrə, eləcə də Ermənistanın dünya və regional məsələlərdə nüfuzuna və perspektivlərinə xələl gətirə bilər. Karasin bunu başa düşməməyi çox təhlükəli yanılma hesab edir.
Bundan əvvəl Mirzoyan bildirib ki, Ermənistan ABŞ və Avropanı özünün əsas tərəfdaşları hesab edir, lakin bu, xarici siyasətdə dönüş demək deyil. Onun sözlərinə görə, İrəvan demokratik təsisatları gücləndirmək istəyir, Vaşinqton və Brüssellə siyasi və iqtisadi əlaqələri dərinləşdirir.
Azpost.info