Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ermənistan parlamentinin müxalifətçi deputatları Qarabağa gəlib

User 11 Avqust 2022 - 18:38 (Last updated: 21 May 2025 - 20:15)
ermeni deputat

Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputat bu gün Qarabağa yola düşüb.

Modern.az xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet yazır ki, müxalifət deputatları “Laçın dəhlizi”ndəki Rusiya sülhməramlılarının onların Qarabağa daxil olmasına icazə verib-verməyəcəklərini yoxlamaq qərarına gəliblər.

Çünki rusiyalı hərbçilər bir müddət əvvəl erməni jurnalistlərin sərhədi keçib Qarabağa girməsinə icazə verməmişdilər.

“Hraparak” erməni deputatların artıq sərhədi keçdiklərini yazıb.

“Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, onlar Ağavnoya (Laçının Zabux yaşayış məntəqəsində qanunsuz salınmış  qəsəbə-red.) yaxınlaşırlar”, – “Hraparak” yazıb.

Qəzet erməni deputatların Qarabağ səfərilə bağlı əlavə məlumat yayacağını vəd edib.

Qeyd edək ki, “Hayastan” blokunun lideri Ermənistanın ikinci prezidenti Robert Köçəryandır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrinin boşaldılmasına mane olmaqdır.

Post navigation

Previous: Çexiya çempionunun oyunu “Qarabağ”a görə təxirə salınıb
Next: İyulda gündəlik xam neft hasilatı 549,9 min barel olub

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.