Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Ermənistan və Fransanın təxribatçı addımları iflasa uğrayıb” –

User 05 Oktyabr 2024 - 23:07 (Last updated: 21 May 2025 - 20:15)
xin

xin

“Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur”.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, “Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar edib, çoxtərəfli diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq, bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə imkan verməyib.

Nəticə etibarilə, Ermənistan tərəfinin guya BFT Sammitində qəbul olunduğunu iddia etdiyi müddəalar əslində təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib.

Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb.

Qərar qəbuletmə qaydalarının açıq-aşkar pozulması yolu ilə əslində mədəni-humanitar məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş bir təşkilatın sənədinə konsensus əldə edilmədən salınmış, Ermənistan tərəfinin “diplomatik qələbə” kimi təqdim etməyə çalışdığı sözügedən müddəaların heç bir siyasi və hüquqi dəyəri yoxdur.

BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.

Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT-nin üzv dövlətlərinə təşəkkürünü bildirir.

Azərbaycan tərəfi Ermənistanı bu kimi pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.

Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir. Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir”.

Post navigation

Previous: Londonda keçirilən etiraz aksiyalarında 15 nəfər saxlanılıb
Next: Bakıda ata və oğul öz qohumlarını bıçaqlayıb

Oxşar xəbərlər

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.