“Estoniya Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır”- XİN başçısı

Estoniya Cənubi Qafqazda sabitlikdə maraqlıdır və sülhə doğru addımların davam edəcəyinə ümid edir.

Azpost.info xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.

“Tallin Cənubi Qafqazın sabitliyində dərindən maraqlıdır və Ermənistan xarici işlər naziri ilə görüşdə də bununla bağlı məsələlər müzakirə olunub. Biz həqiqətən ümid edirik ki, Cənubi Qafqaz regionu sabit qalacaq və sülhə doğru gələcək addımlar davam edəcək”, – XİN başçısı bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Cənubi Qafqazda sülhü bərqərar etmək təkcə Azərbaycanın deyil, Orta Asiyanın da vəzifəsidir”

Sonrakı məqalə

64 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib