Estoniya parlamenti Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnamə layihəsini təqdim edib.
Azpost.info xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Sənəddə Rusiya Federasiyasının terrorizmi himayə edən ölkə kimi tanınması və BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum edilməsi təklif edilir.
“Ukrayna parlamentinin dövlətlərə və beynəlxalq təşkilatlara müraciətini dəstəkləyən Estoniya parlamenti Rusiya rejimini terrorçu, Rusiya Federasiyasını isə terrorizmin himayədarı dövlət elan edir. Parlament beynəlxalq ictimaiyyəti oxşar qətnamələr qəbul etməyə çağırır”, – layihədə deyilir.
Azpost.info