Jurnalist vəsiqələri 3 ildən bir yenilənəcək-MEDİA

Jurnalist vəsiqəsi 3 illik verilir.

Bunu APA-nın sorğusuna cavab olaraq Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

Onun sözlərinə görə, vəsiqə 3 ildən bir yenilənəcək. Jurnalist şəhadətnamələri isə müddətsiz olaraq veriləcək:

“Jurnalist vəsiqəsinin verilməsi üçün əvvəlcə media subyekti Agentliyə müraciət edərək öz əməkdaşlarını reyestrdə qeydiyyatdan keçirməlidir. Daha sonra jurnalistlər vəsiqənin alınması üçün fərdi qaydada müraciət etməlidirlər. Ödənişin məbləği isə 20 manat təşkil edir” – o qeyd edib.

Əvvəlki məqalə

Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırdı

Sonrakı məqalə

Bişkekdə Azərbaycan-Qırğızıstan Birinci Dövlətlərarası Şuranın iclası keçirilib