Estoniya Rusiya səfirliyinin əməkdaşını ölkədən qovub

Estoniya hakimiyyəti Rusiya səfirliyinin əməkdaşını dövlətin daxili işlərinə qarışdığına görə “persona non-qrata” elan edib və ölkədən qovub.

Azpsot.info xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Estoniya Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarır. Biz müstəqilliyimizə və suverenliyimizə qarşı yönəlmiş hərəkətlərə yol vermirik. Lazım gələrsə, cəmiyyətimizi və dəyərlərimizi qorumaq üçün əlavə tədbirlər görməyə hazırıq”, – XİN-dən bildirilib.

“Rusiya xüsusi xidmət orqanlarının Estoniyaya qarşı əlaqələndirilmiş hərəkətləri, o cümlədən ölkəmizin təhlükəsizliyinə qarşı yönəlmiş hibrid əməliyyatlar qəbuledilməzdir və dayandırılmalıdır”, – xarici işlər naziri Marqus Tsahkna bildirib.

Yerli mətbuat yazır ki, Rusiya diplomatik missiyası Tallinin daxili işlərinə qanunsuz müdaxilə edərək cinayət işinin sənədlərini ələ keçirib və onların sosial şəbəkələrdə dərc olunmasına şərait yaradıb.

Azpsot.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.