Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər –

VİDEO
10 Noyabr 2020 - 05:50

Ermənistan parlamentinin binasına hucum çəkən kütlə spiker Ararat Mirzoyanı döyüb.

Azpost.info bildirir ki, etirazçılar Ermənistan parlamentinin sədrini zorla avtomobildən çıxarmağa cəhd ediblər. Bu zaman mühafizəçilər vəziyyətə müdaxilə ediblər.

Əlbəyaxa davada etirazçılar maşına yaxınlaşıb spikeri oradan çıxarıb döyüblər.

Ermənistanda gecədən Baş nazir Paşinyanın Azərbaycanla bağladığı təslimçi sülhə qarşı etiraz başlanıb. Aksiyaçılar parlamentin binasına daxil olublar. Hazırda orada xaos hökm sürür.