“Eurovision-2021”-də Azərbaycanla bağlı səsverməni onlar elan edəcək –

FOTO
18 May 2021 - 09:02

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.

İTV-nin mətbuat katibi Aynurə Asimqızınının APA-ya verdiyi məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Eurovision”u Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.