Ev dustaqlığına buraxılan Yevlaxın sabiq icra başçısı yenidən həbs olundu

30 Sentyabr 2021 - 21:14

Bu gün Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib.

Azpost.info bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q. Səmədovun bu iltizamını ləğv edib. Onun barəsində 7 il müddətinə həbs qərarı verilib. Q. Səmədov yenidən həbsxanaya qaytarılıb.

Qeyd edək ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib,barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.