Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Heç kim bizə kollektorun üzərində tikildiyini deməmişdi” –

User 07 Aprel 2026 - 13:16 (Last updated: 07 Aprel 2026 - 13:24)
ev sokulen sahib

Bakının Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.

Sökülən evin sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub.

“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı. Baxdım ki, evin altı yoxdur. Bir tərəfdən su axır, bir tərəfdən də kollektor partlayıb. Evin bələdiyyə sənədi var, qeydiyyat ünvanımız buradır. Evi alanda heç kim bizə kollektorun üzərində inşa olunduğunu deməmişdi. Burada 2 ildən çoxdur ki, sızmalar olur”, – S.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda kompensasiya ilə bağlı danışıqlar gedir: “Ola bilsin ki, qonşular da köçürüldü. Ondan sonra ümumi məlumat veriləcək”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətlərinin ətrafında və üzərində inşa olunmuş yaşayış evlərinin söküntüsü zamanı həmin yaşayış evində vətəndaşın uzunmüddətli qeydiyyatı və digər kommunikasiyalardan istifadəsi varsa, bu zaman onun istifadə hüququ formalaşır və söküntü zamanı həmin əmlak qiymətləndirilərək mənzil sahiblərinə kompensasiyalar ödənilir.

 

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Britaniya ABŞ-a hərbi bazalarından istifadəyə icazə verməyib

Oxşar xəbərlər

DIN
  • Sosial

İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN

User 27 Oktyabr 2026 - 10:50
leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50

xƏBƏR

DIN
  • Sosial

İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN

User 27 Oktyabr 2026 - 10:50
Oktyabrın 26-da polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 10 nəfər tapılıb. Daxili İşlər...
Read more about İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN
İsraildə parlament seçkiləri keçirilir israil
  • Dünya

İsraildə parlament seçkiləri keçirilir

User 27 Oktyabr 2026 - 10:46
ABŞ İranın yaxınlığında hərbi gəmilərinin sayını artırdı – 21 döyüş gəmisi bölgədədir abs gemi irana
  • Dünya

ABŞ İranın yaxınlığında hərbi gəmilərinin sayını artırdı – 21 döyüş gəmisi bölgədədir

User 27 Oktyabr 2026 - 10:42
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.