Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ İranın yaxınlığında hərbi gəmilərinin sayını artırdı – 21 döyüş gəmisi bölgədədir

User 27 Oktyabr 2026 - 10:42 (Last updated: 27 Oktyabr 2026 - 10:42)
abs gemi irana

ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın bilavasitə yaxınlığında yerləşdirilən hərbi gəmilərinin sayı bir həftə ərzində 17-dən 21-ə yüksəlib.

Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarında bildirilir.

Hazırda İranın cənub-şərqində, Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcı zərbə qrupu döyüş növbətçiliyindədir. Bu qruplara USS George Washington və USS George Bush aviadaşıyıcıları rəhbərlik edir. Hər bir aviadaşıyıcıda 48 qırıcı təyyarə yerləşir.

Aviadaşıyıcılarla yanaşı, İran yaxınlığında bir kreyser, 11 raket esminesi və dəniz piyadalarının ekspedisiya batalyonunu daşıyan üç böyük desant gəmisi yerləşdirilib.

Bu arada, Yəməndəki münaqişə fonunda Qırmızı dənizdə ABŞ-ın iki raket esminesi fəaliyyət göstərir. ABŞ Hərbi Dəniz Qüvvələrinin daha iki esminesi isə Hind okeanının şimal-qərb hissəsində yerləşir.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatları zamanı da bölgədə 20-dən çox Amerika döyüş gəmisi mövcud olub.

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: İsraildə parlament seçkiləri keçirilir

Oxşar xəbərlər

putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
israil
  • Dünya

İsraildə parlament seçkiləri keçirilir

User 27 Oktyabr 2026 - 10:46
sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53

xƏBƏR

person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
Qidalanma qanda qlükoza səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır. Bəzi məhsullar karbohidratların mənimsənilməsini ləngitməyə, yeməkdən sonra qan şəkərinin...
Read more about Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?
İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər” ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı Pensiya
  • Sosial

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlandı

User 27 Oktyabr 2026 - 10:55
İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN DIN
  • Sosial

İtkin düşmüş 10 nəfər tapıldı, 13 dələduz saxlanıldı – DİN

User 27 Oktyabr 2026 - 10:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.