İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqeri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığında Fələstin-İsrail münaqişəsinə yeni oyunçuların cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib.
Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, buna İsrailin digər ölkələr tərəfindən dəstəklənməsi gətirib çıxara bilər.
“Sionist rejimin cinayətlərinin davam etməsi, digər dövlətlərin birbaşa dəstəyi və yardımı vəziyyəti çətinləşdirir və arenaya yeni oyunçuların daxil olmasına səbəb ola bilər”, – Baqeri bildirib.
Azpost.info