“Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi region üçün çox böyük təhlükədir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Rusiya İsrail ətrafında baş verənləri həyəcanla izləyir. Moskva mövcud vəziyyətin mümkün qədər tez dinc istiqamətə yönəldilməsini zəruri hesab edir. Bu cür zorakılıq dövrünün davam etməsi münaqişənin daha da genişlənməsi və böyüməsi ilə nəticələnir”, – Peskov deyib.
Azpost.info