Fələstinin HƏMAS hərəkatının ölkəyə hücumundan sonra İsrail Müdafiə Qüvvələri 123 şəxsi heyətini itirib.
Azpost.info xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.
Rəsmi məlumatlara görə, münaqişə başlayandan 700-ə yaxın fələstinli və 800-ə yaxın israilli həlak olub.
Statistikada toqquşmalar nəticəsində yaralanan fələstinli və israilli sakinlər haqqında da məlumat verilir. Münaqişə zamanı 3700 fələstinli və 2000-dən çox israillinin yaralandığı iddia edilir.
Fələstin Səhiyyə Nazirliyinin nümayəndələri zərərçəkənlərə tibbi yardım göstərmək üçün Qəzza zolağında təhlükəsiz dəhliz yaradılmasını istəyiblər. Xüsusilə ağır vəziyyət Beyt Hanun şəhərində müşahidə olunur, burada bomba partlayışı nəticəsində yeganə xəstəxana yararsız hala düşüb.
“İsrailin hava hücumları nəticəsində yaralananların sayı 4 min nəfərə çatıb”, – nazirlik bildirib.
Azpost.info