Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya səfəri hazırlanır.
Azpost.info bildirir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl RBC-yə bildirib.
“Biz Kremldən, Rusiya tərəfdən səfərin nə vaxt baş tutacağı ilə bağlı rəsmi açıqlama gözləyirik”, – deyə Nofəl bildirib.
“Razılıq əldə olunub ki, cənab Abbas bura, Moskvaya gələcək”- deyə səfir vurğulayıb.
Abbas HƏMAS ilə rəqabət aparan Fələstin Milli Azadlıq Hərəkatına (Fəth) rəhbərlik edir. Fələstindəki ərəb əraziləri iki hissəyə bölünür: Qəzza zolağı HƏMAS-ın, İordan çayının qərb sahili isə Fəthin nəzarətindədir.