Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Fələstinlə bağlı yaradılan təmas qrupu Londona və Parisə səfər edib

User 23 Noyabr 2023 - 00:02 (Last updated: 21 May 2025 - 20:15)
london01

İsrail-Fələstin cəbhəsində humanitar atəşkəslə bağlı əldə edilən razılığın ardından Türkiyənin xarici işlər naziri Hakan Fidan münaqişənin tamamilə dayandırılması və daimi sülhün təmin edilməsi istiqamətində diplomatik səylərini sürətləndirib.

Bu barədə Türkiyənin diplomatik qaynaqlarından məlumat əldə edilib.

Bildirilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın da daxil olduğu, İsrail-Fələstin məsələsi ilə bağlı noyabrın 11-də yaradılan təmas qrupu London və Parisə səfər edib.

Qrup üzvləri Londonda Böyük Britaniyanın XİN naziri Devid Kemeron, Parisdə isə Fransa Prezidenti Emmanuel Makron və bu ölkənin Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə görüşüblər.

Görüşlərdə İsrail-Fələstin cəbhəsində ən qısa zamanda tam və qalıcı atəşkəsin əldə edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri, eləcə də beynəlxalq ictimaiyyətin təsirli və təcili tədbirlər görməsi İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası ölkələri üçün prioritet məsələdir. Bölgəyə humanitar yardımın çatdırılması üçün dərhal təhlükəsiz keçidlərin yaradılması, qalıcı sülhün təmini istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanıb.

Xatırladaq ki, təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt daxildir.

Post navigation

Previous: Hakan Fidan İtaliyaya səfər edəcək
Next: Bakıda Dərnəgüldəki inşaat materialları bazarı yanır –

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13

xƏBƏR

zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələsini şəxsi görüşdə müzakirə etməyə hazır olduğunu çatdırıb....
Read more about Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.