Türkiyə kubokunda 1/4 final mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç keçirilib.
İstanbul derbisində “Fənərbaxça” “Başakşəhər”i qəbul edib. Matçın taleyi əlavə vaxtda həll olunub.
2:1 hesablı qələbə qazanan son çempion yarımfinala yüksəlib. “Başakşəhər”in rəqibi “Konyaspor” – “Beşiktaş” görüşündə bəlli olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər matçları fevralın 10-11-də keçiriləcək.
Türkiyə kuboku
1/4 final
9 fevral
“Fənərbaxça” – “Başakşəhər” – 1:2, əlavə vaxtda
Valensiya, 72 – Fernandes, 42, Qulbrandsen, 96