“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal istefa verib

02 Mart 2020 - 00:19

“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal komandadan ayrılır.

Apasport.az saytının məlumatına görə, Türkiyə kubokunda “Trabzonspor”la keçiriləcək oyundan sonra İstanbul təmsilçisi çalışdırıcı ilə vidalaşacaq.

Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, Yanalın istəyini nəzərə alan rəhbərlik qarşılıqlı razılıqla yolların ayrılmasına qərar verib. O, “Trabzonspor”a qarşı ölkə kubokunun yarımfinal mərhələsinin səfər görüşündə son dəfə komandanı meydana çıxaracaq.

Qeyd edək ki, “Fənərbaxça” ilə “Trabzonspor” arasında kubok görüşü martın 3-də keçiriləcək.