“ABŞ Talibana təslim oldu” –Cavad Zərif sülh sazişindən yazdı

“ABŞ qoşunlarının illərlə Əfqanıstanda mövcudluğu sonda Vaşinqtonun kapitulyasiyası ilə (təslimolma) başa çatdı”.

“TASS” xəbər verir ki, bu fikirləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın “Taliban” hərəkatı ilə imzaladığı sazişin fonunda bildirib.

19 illik rəzillik ABŞ-ın Əfqanıstanda kapitulyasiyası ilə bitdi”, – deyə Zərif özünün “Twitter” səhifəsində yazıb.

Nazir əlavə edib ki, analoji vəziyyət Suriya, İraq və Yəməndə də baş verib və ya baş verəcək. Zərifin sözlərinə görə, amerikalılar “Əfqanıstanda işğal həyata keçirməli deyildilər”.

“ABŞ regionu tərk edəcək, ancaq geridə böyük hərcmərclik buraxacaq”, – iranlı nazir belə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Putinlə Ərdoğanın görüşü asan keçməyəcək” –

Sonrakı məqalə

“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal istefa verib