Prezident İlham Əliyev Fələstinin dövlət başçı Mahmud Abbasa məktub göndərib

Prezident İlham Əliyev Fələstinin dövlət başçı Mahmud Abbasa məktub göndərib. 

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Biz dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət veririk. Azərbaycan ölkənizlə bağlı bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərək Fələstin məsələsinin həlli prosesinə, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermişdir.

İnanıram ki, Azərbaycan-Fələstin dostluq münasibətlərinin xoş ənənələri xalqlarımızın iradəsinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Əvvəlki məqalə

“Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə bir olduğumuzu bəyan etdik”-

Sonrakı məqalə

Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib