“Fələstin-İsrail silahlı münaqişəsinin tez bir zamanda həllinə çalışırıq”- RUSİYA XİN

“Rusiya Fələstin-İsrail silahlı münaqişəsinin tez bir zamanda həlli üçün mümkün olan bütün səyləri göstərir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya böhranın mümkün qədər tez həllinə yönəlmiş səylərini davam etdirir. Biz əsas regional oyunçular və BRIKS tərəfdaşları ilə sıx koordinasiyadayıq. Oktyabrın 21-də Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Misir tərəfinin təşkil etdiyi Qahirə Sülh Sammitində iştirak edib”, – Zaxarova bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Aİ-nin Ermənistandakı missiyası Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır”

Sonrakı məqalə

Prezidentin Günəş Elektrik Stansiyasının açılış mərasimində ÇIXIŞI –