Fəthiyyədə də yanğın başladı –""Molotov kokteyli" ilə yandırılır" (VİDEO)

Türkiyənin Muğla vilayətinin Fəthiyyə rayonunda da meşə yanğını başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, rayonda meşəlik ərazidə başlayan yanğına hazırda müdaxilə edilir. Ölüdəniz məhəlləsi ətazisindəki yanğının səbəbi hələlik bilinmir.

Qeyd olunub ki, küləyin təsiri ilə yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

Rayonun bələdiyyə sədri Alim Karaca yanğınlarla bağlı danışarkən, bunun təxribat olduğunu bildirib:

“Bunların təxribat olduğunu biz bilirik. Vətəndaşlarımız dörd şəxsin burada bu yanğının baş verməsi üçün “Molotov kokteyli” və benzinlə hücum etdiyini, meşələri yandırdığını söyləyirlər. Hazırda ətraf mühasirəyə alınıb.

Bu dörd nəfəri tapmaq üçün bütün əməkdaşlarımız yerli əhali ilə birlikdə mübarizə aparırlar. Hotellər bölgəsi ilə bağlı olan problem nəzarətə götürülüb. Amma yanğın davam edir. Gecə olduğu üçün helikopterlərin müdaxiləsi mümkün deyil. Yanğını söndürmək üçün çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Eyni anda bir çox şəhərdə bu qədər yanğının başlanması…” –

Sonrakı məqalə

“Lazım olsa Belarusa Rusiya qoşunları yeridiləcək…” –