“Facebook” təhqir mesajlarını qeydə alan proqram hazırlayıb

18 İyun 2021 - 08:08

Süni intellekt “Facebook” sosial şəbəkəsində qruplara göndərilən təhqiramiz şərhləri qeyd etməyə başlayacaq.

Bu barədə CNN xəbər verib.

Proqram sayəsində qrup administratorlarının işini rahatlaşdırmağın mümkün olacağı güman edilir. Belə ki, onlar abunəçilər arasında baş verə biləcək qarşıdurma barədə bildiriş alacaqlar. Ədəbsiz sözlər olan şərhlərə “moderation alert” lövhələri ilə xəbərdarlıq ediləcək. Administrator münaqişədən xəbərdar olduqdan sonra müzakirəni ləngidə bilər.

“Facebook” hesab edir ki, proqram aləti səhifələrini idarə edən 70 milyon istifadəçiyə lazım olacaq.