Özbəkistanda VIII əsrə aid Quran kitabı bərpa olunub

Özbəkistanın Mədəniyyət Nazirliyi yanında Mədəniyyətin və İncəsənətin İnkişafı Fondu ən qədim Quran əlyazmalarından olan, VIII əsrə aid Katta Langar Quranının bərpasını həyata keçirib.

Restavrasiya işinə Fransanın Luvr Muzeyinin mütəxəssisləri Aureliya Streri və Aksel Delau cəlb olunub.

Bərpa prosesi üç mərhələdə aparılıb. Birinci mərhələ 2019-cu ilin noyabrında, ikinci 2020-ci ilin fevralında, sonuncu bu ilin may ayında olub.

VIII əsrə aid Quran kitabı uzun müddət Qaşqadərya vilayətinin Kamaşin rayonundakı Langar-ota məscidində saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Facebook” təhqir mesajlarını qeydə alan proqram hazırlayıb

Sonrakı məqalə

Zelenski amerikalı jurnalistlərə atasının evində qonaqlıq verib