“Facebook” Trampı blokdan çıxarıb- "Hesabımı blokladıqdan sonra milyardlar itirdilər”

““Facebook” mənim hesabımı blokladıqdan sonra milyardlarla dollar itirdi”.

Azpost.info xəbər verir ki, “Fox News” bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampa istinadən yazıb.

Tramp bildirib ki, “Facebook” onun bu sosial şəbəkədəki hesabını bərpa edib: “Məni bu platformadan çıxardıqdan sonra milyardlarla dollar dəyər itirən “Facebook” indicə hesabımı bərpa etdiklərini elan etdi. Bu hal vəzifədə olan prezident və ya qisas almağa layiq olmayan hər hansı bir şəxsə qarşı bir daha təkrarlanmamalıdır”.

Tramp “Truth Social” platformasına sahib olmaqdan məmnun olduğunu, sosial şəbəkənin inanılmaz işlər gördüyünü və uğurlar əldə etdiyini deyib.

Azpost.info

Əvvəlki məqalə

“Putin mənim üçün heç kimdir, görüşmək, danışmaq istəmirəm”

Sonrakı məqalə

Bizə hansısa yeni virus haqqında məlumat daxil olmayıb –