Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Fast-food” qaraciyər serrozu və xərçəngə səbəb olur

User 19 Yanvar 2023 - 15:03 (Last updated: 21 May 2025 - 20:15)
7e9c8c0d8a787d74736713b135644cc2

Amerikalı alimlər qaraciyər yağlanması olan 4000-ə yaxın yetkin insanın məlumatlarını təhlil ediblər. Respondentlərin təxminən 30 faizi gündəlik kalorilərinin ən azı 20 faizini hamburger, kartof qızartması, pizza kimi “fast-food”lardan alıblar.

Azpost.info xəbər verir ki, tədqiqatın yekununda qeyri-sağlam qidalanma ilə qaraciyər yağlanması arasında əlaqə müəyyən edilib. Məlum olub ki, kalorisinin ən azı beşdə birini “fast-food”dan alan obez (piylənmə) və ya diabet xəstələrində qaraciyərin yağlanma səviyyəsi “fast-food”a daha az müraciət edənlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

O da bəlli olub ki, qaraciyərin yağlanması gələcəkdə alkoqola bağlı olmayan serroza və xərçəngə səbəb ola bilər.

“İnsanlar gündə bir dəfə “fast-food” restoranında yemək yeyirlərsə, bunun zərərli olmadığını düşünə bilərlər. Bununla belə, əgər bu bir yemək gündəlik kalorilərinin hətta beşdə birini təşkil edərsə, onlar qaraciyərlərini riskə atarlar”, – tədqiqat müəllifləri yazır.

Alimlər insanlara yeməkləri evdə hazırlamağı və ya “fast-food” müəssisələrinin menyusundan ehtiyatla yemək seçməyi tövsiyə edir: “Restoranların çoxunda sağlam seçim var. Siz sadəcə təsviri oxumalı, kalorilərinizi izləməli və sifariş zamanı daha sağlam seçimlər etməlisiniz”, – Çikaqodakı Tibb Mərkəzindən Nensi Ro deyir.

Yağlı qaraciyər “fast-food” istehlakının yeganə riski deyil. İspaniyalı tədqiqatçılar aşkar ediblər ki, çoxlu zərərli qida qəbul edən insanların xromosomlarında yaşlanma ilə bağlı dəyişikliklər daha çox olur.

Azpost.info

Post navigation

Previous: “ADP-yə birləşməklə bağlı heç bir təklif gəlməyib” –
Next: “Ordumuzun atəşi ilə Ermənistan hərbçisinin yaralanması barədə məlumat yalandır”

Oxşar xəbərlər

obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00

xƏBƏR

oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Uzun saatlar kompüter qarşısında işləmək, avtomobildə vaxt keçirmək və axşamı televizor qarşısında oturmaq gündəlik həyatın adi hissəsinə...
Read more about Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.