“ADP-yə birləşməklə bağlı heç bir təklif gəlməyib” –SƏRDAR CƏLALOĞLU

Siyasi partiyalar haqqında yeni qanunun təsdiq olunması Azərbaycanın siyasi spektrində dəişikliklərə səbəb ola bilər.

Azpost.info xəbər verir ki, qanunun təsdiqindən dərhal sonra partiyaların birləşəcəyi barədə məlumatlar yayılıb ki, bu da siyasi palitrada ciddi dəyişiklərləri şərtləndirir. İddia olunur ki, partiyaların bilrəşməsi qeydiyyat məsələsi ilə bağlıdır. Yeni qanuna görə, partiyaların qeydiyyatdan keçməsi üçün 5000 üzvü olmalıdı. Azərbaycanda fəaliyyət göstərən əksər partiyaların isə bu və ya digər səbəblərdən bu qədər üzvü yoxdur. Bu halda həmin partiyaların qeydiyyat məsələsi müşkülə çevrilir. Çıxış yolu onların birləşməsidir.

Artıq bu istiqaəmətdə bəzi partiyalar arasında müzakirələrin başladığı deyilir. Azpost.info məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənib. ADP sədri əvvəlcə partiyaların birləşəcəyi barədə məlumatlara toxunub.

Medianın bu barədə israrla yazmasına rəğmən Sərdar Cəlaloğlu hesab edir ki, həmin məlumatların heç bir əsası yoxdur. ADP sədrinin fikrincə, partiyaların birləşməsi hansısa siyasi proses nəticəsində baş verə bilər. “Partiyaların birləşməsi hansısa qanunun qəbulu ilə bağlı olmur. Partiyalar siyasi proses nəticəsində birləşir. Yəni, birləşmək üçün siyasi şərait və zərurət olmalıdır”, – deyə ADP sədri bildirib.

O, indiki halda partiyaların birləşməsinə zərurət yaranmadığı qənaətindədir. Konkret olaraq ADP bu məsələ ilə bağlı mövqeyinə gəlincə, Sərdar Cəlaloğlu bildirib ki, rəhbərlik etdiyi bu istiqamətdə hər hansı müzakirəyə qatılmayıb. “Ümumiyyətlə, belə müzakirələrin aparılması haqqında məlumatımız yoxdur. Bizə də birləşməklə bağlı hər hansı təklif gəlməyib. Yaxud bu istiqamətdə müzakirə aparmağa dəvət almamışıq”, – deyə ADP sədri vurğulayıb.

H.Abbas

Əvvəlki məqalə

Ötən il Bakıda baş verən yol qəzalarında 188 nəfər ölüb

Sonrakı məqalə

“Fast-food” qaraciyər serrozu və xərçəngə səbəb olur