“Fast-food” qaraciyər serrozu və xərçəngə səbəb olur- Amerikalı alimlərdən yeni ARAŞDIRMA

Amerikalı alimlər qaraciyər yağlanması olan 4000-ə yaxın yetkin insanın məlumatlarını təhlil ediblər. Respondentlərin təxminən 30 faizi gündəlik kalorilərinin ən azı 20 faizini hamburger, kartof qızartması, pizza kimi “fast-food”lardan alıblar.

Azpost.info xəbər verir ki, tədqiqatın yekununda qeyri-sağlam qidalanma ilə qaraciyər yağlanması arasında əlaqə müəyyən edilib. Məlum olub ki, kalorisinin ən azı beşdə birini “fast-food”dan alan obez (piylənmə) və ya diabet xəstələrində qaraciyərin yağlanma səviyyəsi “fast-food”a daha az müraciət edənlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

O da bəlli olub ki, qaraciyərin yağlanması gələcəkdə alkoqola bağlı olmayan serroza və xərçəngə səbəb ola bilər.

“İnsanlar gündə bir dəfə “fast-food” restoranında yemək yeyirlərsə, bunun zərərli olmadığını düşünə bilərlər. Bununla belə, əgər bu bir yemək gündəlik kalorilərinin hətta beşdə birini təşkil edərsə, onlar qaraciyərlərini riskə atarlar”, – tədqiqat müəllifləri yazır.

Alimlər insanlara yeməkləri evdə hazırlamağı və ya “fast-food” müəssisələrinin menyusundan ehtiyatla yemək seçməyi tövsiyə edir: “Restoranların çoxunda sağlam seçim var. Siz sadəcə təsviri oxumalı, kalorilərinizi izləməli və sifariş zamanı daha sağlam seçimlər etməlisiniz”, – Çikaqodakı Tibb Mərkəzindən Nensi Ro deyir.

Yağlı qaraciyər “fast-food” istehlakının yeganə riski deyil. İspaniyalı tədqiqatçılar aşkar ediblər ki, çoxlu zərərli qida qəbul edən insanların xromosomlarında yaşlanma ilə bağlı dəyişikliklər daha çox olur.

Azpost.info

Əvvəlki məqalə

“ADP-yə birləşməklə bağlı heç bir təklif gəlməyib” –

Sonrakı məqalə

“Ordumuzun atəşi ilə Ermənistan hərbçisinin yaralanması barədə məlumat yalandır”