“Hesablama Palatasının hesabatında bəzi çatışmazlıqlar var”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, hesabat ilində sadəcə 5 auditin nəticəsi ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi kifayət qədər azdır: “Bu say çox olmalı idi. Ayrılan vəsaitin niyə səmərəli xərclənməməsi ilə bağlı qurumlar üzərində məsuliyyət artırılmalıdır”.