Federasiyanın prezidenti Mixael Şumaxerlə görüşüb:"O mübarizə aparır"

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt yeddiqat “Formula-1” çempionu Mixael Şumaxerlə görüşüb.

“Daily Mail” yazır ki, görüş ötən həftə baş tutub.

“Mən Mixaeli gördüm. O, mübarizə aparır. Ümid edirəm ki, dünya onu bir daha görə biləcək. Ailəsi və özü hazırda bunun üçün əllərindən gələni edirlər”, – J.Todt bildirib.

Xatırladaq ki, 2013-cü ilin sonlarında kəllə-baş beyin travması almış Mixael Şumaxer uzun müddət koma vəziyyətində olub və hazırda İsveçrədəki malikanəsində bərpa prosesini keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İnsanlar yaşlandıqca nikbinliyi artır –

Sonrakı məqalə

DSX-nin hərbi hissəsinin qərargah rəisi qəzada həlak olub