Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“FETÖ-çuların 40 faizi ABŞ və Almaniyadadır” –

User 14 İyul 2024 - 07:49 (Last updated: 21 May 2025 - 20:15)
turk din naziri

Türkiyə hüquq-mühafizə orqanlarının ölkənin xarici nümayəndəlikləri ilə əlaqələndirilmiş şəkildə göstərdiyi səylər nəticəsində 31 dövlətdən Fətullah Gülənin terror təşkilatında (FETÖ) iştirak edən 136 nəfərin ekstradisiya olunmasına nail olunub.

Bu barədə iyulun 13-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, əməliyyat məlumatlarına əsasən, hazırda FETÖ üzvlərinin təxminən 16 faizi ABŞ-da, 23 faizi isə Almaniyadadır.

O qeyd edib ki, son 8 il ərzində FETÖ terrorçuları ilə əlbir olan 44 444 nəfər Türkiyə hüquq-mühafizə orqanlarından xaric edilib, 849 nəfər barəsində istintaq davam etdirilir.

“FETÖ də daxil olmaqla, hər hansı cinayətkar təşkilatla mübarizə aparmaqda qərarlıyıq”, – deyə A.Yerlikaya bildirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç daha əvvəl bildirib ki, Türkiyə Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a 2016-cı ildən etibarən yeddi tələb göndərib.

“Təəssüf ki, terrorçuların lideri ABŞ-da qalmağa davam edir. Cinayət Məcəlləsinin 27 maddəsi üzrə yeddi sənəd ABŞ instansiyalarına təqdim edilib. Türkiyədə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısının alınmasından keçən bu səkkiz il ərzində təəsüf ki, F.Gülənin təhvil verilməsi məsələsində heç bir irəliləyiş qeydə alınmayıb”, – deyə nazir vurğulayıb.

Post navigation

Previous: Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Next: Trampa atəş açmış şəxsin fotosu yayıldı –

Oxşar xəbərlər

pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57

xƏBƏR

menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Bakıda mənzil almaq getdikcə daha çox ailə üçün ciddi maliyyə probleminə çevrilir. Söhbət təkcə evlərin qiymətindən getmir:...
Read more about Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.