Fevralda müəllimlərin işə qəbulla bağlı müsahibə mərhələsi başlanacaq –RƏSMİ

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.

Təhsil Nazirliyindən bildirilib ki, yanvarın 25-27-də müsahibə mərhələsinin elektron sənəd qəbulu aparılacaq.

Namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Təlimatla tanış olduqdan sonra yanvarın 27-i saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avtomobillərdə pərdə və plyonka çəkilmə qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək

Sonrakı məqalə

“Xəzərdə suyun azalacağı ilə bağlı proqnozların heç bir əsası yoxdur” –