Fevralın 1-dən orta məktəblərin 1-4 sinifləri üzrə əyani təhsil qismən bərpa olunur.
Azpost.info bildirir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək.
İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq.