Təhsil naziri Emin Əmrullayev ölkədə repetitor xidmətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
Nazir xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə bildirib ki, repetitor müəssisələri daha çox təhsil xidməti göstərən sahibkarlıq xidmətidir: “Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin bərpa olunacağı gözlənilir”.