FHN dənizdə köməksiz qalan 2 balıqçını xilas etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə köməksiz qalan 2 balıqçını xilas edib.

FHN-nin verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada tikiləcək yeni “Bakı” kinoteatrı belə olacaq –

Sonrakı məqalə

Mixail Qorbaçov Almaniyanın birləşməsindən danışdı: