FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizəni davam etdirir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

FHN-in yanğınsöndürmə qüvvələri bir neçə istiqamətdə yanğınsöndürmə işləri həyata keçirir.

Qeyd edək ki, bu gün FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

Yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi artıq Türkiyəyə çatıb. Təyyarə Muğla şəhər Dalaman hava limanına eniş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il qeydiyyatdan keçən dini icmaların sayı açıqlanıb

Sonrakı məqalə

Azərbaycanda elektrik enerjisinin nəqli üzrə gəlirlər 8% artıb