Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

FHN “Yanar dağ” yaxınlığında tapılan metan qazı ilə bağlı məlumat yayıb

User 27 Noyabr 2025 - 19:24 (Last updated: 27 Noyabr 2025 - 19:24)
fhn metan

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində aşkar edilmiş metan qazı ilə əlaqədar yaranmış vəziyyətə dair məlumat yayıb.

FHN-dən verilən məlumata görə, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qaz sızması müşayiət olunub.

Qeyd olunub ki, bu barədə məlumat daxil olduqdan dərhal sonra ilkin olaraq Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib:

“Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılmış və metan qazı (CH4) aşkar edilib. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb. İşçi qrup tərəfindən aşkar olunan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək”.

Bildirilib ki, məsələ nəzarətdə saxlanılmaqla, gedişatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

AzPost.az

Post navigation

Previous: MEDİA-nın icraçı direktoru Özbəkistan nümayəndələri ilə görüşüb
Next: “İmran Xan sağdır…” –

Oxşar xəbərlər

menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41
naxcivan
  • Sosial

“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb

User 21 Oktyabr 2026 - 14:59
WhatsApp Image 2026-10-21 at 12.38.14
  • Sosial

Ev təmiri üçün 1,3 milyon manat aldı, işləri yarımçıq qoydu – şirkət rəhbəri tutuldu

User 21 Oktyabr 2026 - 13:37

xƏBƏR

menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41
Satmaq öhdəliyi ilə kirayə mənzil əldə etmək istəyən vətəndaşlar üçün yeni qaydalar müəyyənləşdirilib. Dəyişikliklər mənzil öhdəliyinin başqa...
Read more about Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi
SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23
Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır zelenski
  • Dünya

Zelenski münaqişənin cəbhə xətti boyu dondurulmasına razıdır

User 21 Oktyabr 2026 - 16:02
“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan Ermənistanın
  • Dünya

“Azərbaycanla Ermənistan sülhdə maraqlıdır” – Mirzoyan

User 21 Oktyabr 2026 - 15:38
Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı putin uitkof iclas
  • Dünya

Putin Uitkoffla görüşdə nə təklif etdi? – ABŞ-a dizel və gübrə tədarükü açıqladı

User 21 Oktyabr 2026 - 15:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.