FIFA prezidenti Canni İnfantinonun 2023-cü ildə ümumi gəliri 4,21 milyon avro olub.
Azpost.info xəbər verir ki, bu barədə “Sky Sports” yazıb.
Məlumata görə, FİFA rəhbərinin maaşı ötən illə müqayisədə 33 faiz artıb. Bunda qadınlar arasında dünya çempionatının böyük rolu olub. Canni bu çempionata görə 1,93 milyon avro məbləğində bonus alıb.
Bu bonusu nəzərə almasaq, FIFA prezidentinin illik maaşı 2,69 milyon avrodur.
Canni İnfantinon ixtisasca hüquqşünasdır. O, FİFA-nın doqquzuncu prezidentidir.
Azpost.info