Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub-Xəstəxanaya yerləşdiriliblər

“Daha iki əməkdaşımızın COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir”.

Bunu APA-ya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib. Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib: “Hazırda AzTV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda son sutkada COVID-19-dan 160 nəfər vəfat edib

Sonrakı məqalə

“Fairmont”da əməliyyatdan sonra jurnalistləri təhqir edən şəxs həbs edilib