Rusiyanın Xalq artisti Filipp Kirkorov növbəti ad gününü Bakıda keçirməyi planlaşdırır.
Axşam.az xəbər verir ki, bu haqda “Жара Music Awards” mərasimində deyilib. Bildirilib ki, artıq “Жара-2021″in hazırlıqlarına başlanılıb.
Beşincisi keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində Kirkorovun 54 yaşı münasibətilə tədbir təşkil olunacaq. Ondan əvvəl isə Filipp aprelin 30-da – ad günü günü Bakıda solo konsert verəcək.
2022-ci ildə də müğənni 55 illik yubileyini paytaxtımızda qeyd etməyi planlaşdırıb.