Finlandiya Baş naziri Kiyevə gəlib, Zelenski ilə görüşüb- FOTO

Finlandiya Baş naziri Sanna Marin Ukraynada səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski “Telegram”da yazıb.

“Ukraynanın əsl dostu və azad Avropanın müdafiəçisi, Finlandiyanın Baş naziri Sanna Marin bu gün Kiyevdədir”, – Zelenski bildirib.

Ukrayna prezidenti martın 7-də Baxmut uğrunda döyüşlərdə həlak olmuş ukraynalı könüllü Dmitri Kotsyubaylo ilə vida mərasimində Sanna Marinlə birgə olduğu videonu da yayımlayıb.

Qeyd edək ki, bu gün Finlandiya Ukraynaya 29 milyon avro yardım ayırdığını elan edib. Bu məbləğin 15 milyonu humanitar yardıma, 14 milyonu isə inkişaf sahəsində əməkdaşlığa ayrılacaq.

Bu, hərbi əməliyyatlarının başlamasından sonra Finlandiya Baş nazirinin Ukraynaya ikinci səfəridir.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ-ın Qafqaz üzrə nümayəndəsi ilə görüşüb

Sonrakı məqalə

Hacı Şahinin yerinə təyinat olub?