Finlandiya parlamentinin deputatı Mikko Karna Baş nazir Sanna Marini dostları ilə rəqs edib əyləndiyi videonun mediada yayılmasından sonra könüllü olaraq narkotik testindən keçməyə çağırıb.
Azpost.info xəbər verir ki, bunu bu barədə siyasətçi özünün “Tvtter” səhifəsində yazıb.
“İctimaiyyətin bunu Baş nazirdən gözləmək hüququ var”, – deputat deyib.
36 yaşlı Baş nazirin özü dostları ilə mahnı oxuduğu və rəqs etdiyi videolarda qınanılacaq heç nə görmədiyini bildirib.
Sanna Marinin iştirakı ilə ziyafət bir neçə həftə əvvəl baş tutub. Lakin məlum video mediada yeni yayılıb. Marinin sözlərinə görə, o, ziyafət iştirakçılarının baş verənləri smartfonlarla çəkdiyini bilirdi. Lakin onların ictimaiyyətə açıqlanmayacağına əmin idi. Çünki söhbət şəxsi videolardan gedir. O, həmçinin qanunsuz bir şey etmədiyini və spirtdən başqa heç bir şey qəbul etmədiyini vurğulayıb.
Azpost.info
