Finlandiyanın Baş naziri futbolçuya ərə getdi –FOTO

Finlandiyanın baş naziri Sanna Marin futbolçu Markus Raykkonenlə ailə qurub.

Bu barədə “Report” ölkə hökumətinin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, toy mərasimi baş nazirin iqamətgahında dostların və qohumların əhatəsində keçib. Cütlüyün münasibətləri artıq 16 ildir davam edir. İki il yarım əvvəl onların qızı dünyaya gəlib.

Sanna Marin ötən ildən Finlandiyanın hökumət başçısı postunu tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman təcridxanada Fuad Qəhrəmanlı və Seymur Əhmədova baş çəkdi –

Sonrakı məqalə

Azərbaycanın Kanadadakı səfirliyi: